Xəbərlər

Nizami Kino Mərkəzinin ekranında iki yeni dram filmi
17 aprel, 2015 15:15

 

 Amerika istehsalı olan “Uzaq yol” filmini Kreyq Bolotinin ssenarisi əsasında rejissor Corc Tillman dram və  melodram janrında çəkib. Filmin yaş məhdudiyyəti: 16+          

Filmin süjetinə gəlincə, Rodeo üzrə eks-cempion olan Lyuk, yenidən idman həyatına dönməyi fikirləşir. Kollec məzunu Sofiya isə incəsənət sahəsində çalışmaq üçün maraqlı təklif alıb. Gənc insanlar xəyal və sevgiləri arasında seçim qarşısında qalarkən, Ayra adlı ahıl kişi ilə rastlaşırlar. Yaşlı dostun xanımı ilə  yarım əsirlik eşq xatirəsi gəncləri həyatlarının ən mühüm qərarını verməyə ruhlandırır. İki nəsil, iki tarixcə, sonsuz sevgi dramı...

Filmdə baş rollara Skott İstvud, Britt Robertson, Alan Alda, Cek Hyuston, Una Çaplin, Melissa Benoyst,  Lolita Davidoviç,  Elea Oberon,  Keyt Forbs çəkiliblər. 

Növbəti, amerika  istehsalı olan “Gecə qaçağı” filmini Bred İnqelsbinin  ssenarisi əsasında rejissor Haume Kolyet-Serra döyüş, triller, kriminal dram, və detektiv janrında çəkib. Filmin sloqanı: “Pis əməl cəzasız qalmayacaq”. Yaş məhdudiyyəti: +18

Film, keçmiş patronu ilə mübarizəyə girmiş və nəticədə ailəsini mafiya və hakimiyyətin təhdidlərindən müdafiə etmək üçün qaçışda olan killerin həyat dramından bəhs edir.

Rolları aktyorlar Liam Nison, Yuel Kinnaman, Kommon, Ed Harris, Boyd Holbruk, Bryus MakQill, Cenezis Rodriqez, Vinsent D Onofrio, Luis Smit,  Bo Napp və başqaları canlandırıb.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin "Facebook" səhifəsindən öyrənmək mümkündür.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.