Həftəsonu Azərbaycanda 24 dərəcə isti olacaq
17 aprel, 2015 15:12
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ertv.Az-a verlən məlumata görə, hava əsasən yağmursuz keçəcək.
Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək.
Lakin səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 17-22, bəzi yerlərdə 24, dağlarda gecə 1-6, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.