“Azərkosmos” Birinci Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisi oldu və tədbirin ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına çatdırılmasında mühüm rol oynayacaq.
Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edəcək. Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün, Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək.
Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru cənab Azad Rəhimov bu əməkdaşlıq haqqında bildirib ki, “Azərkosmos” Azərbaycanda böyük əhəmiyyəti olan, rəğbətlə qarşılanan şirkətdir və Avropa Oyunları yarışlarının 74 beynəlxalq yayım tərəfdaşımıza ötürülməsində çox önəmli yer tutacaq.
“Azərkosmos” Bakı 2015 Avropa Oyunlarının rəsmi dəstəkçiləri Azərsun Holdinq, Bazarstore, McDonalds Azərbaycan, Milla, Motorola Solutions, NAZ, Nestle, Red Bull, Sitecore və Tickethourun arasında yer alır.