Azərbaycanda 3 ay ərzində yanğınlar zamanı 16 nəfər ölüb, 34 nəfər xəsarət alıb
16 aprel, 2015 17:25
Ilin ilk 3 ayı ərzində respublika ərazisində baş verən 7 partlayış hadisəsi zamanı 1 nəfər həlak olub, 9 nəfər xəsarət alıb.
Bundan başqa, baş vermiş yanğınların söndürülməsi üçün 1336 çıxış edilib. Nazirlikdən bildirilib ki, yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 34 nəfər xəsarət alıb. Bu da ötən ilin I rübü ilə müqayisədə yanğından xəsarət alanlar üzrə 6 nəfər və ya 21% çoxdur. Yanğınların söndürülməsi zamanı 5 nəfər xilas edilib, 233 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.
Geridə qalan 3 ay ərzində ölkədə 1386 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin I rübü ilə müqayisədə 747 hadisə və ya 35% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 17 nəfər həlak olub, 43 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 22 nəfər xilas edilib, 249 nəfər təxliyə olunub.