Xəbərlər

Qərbin varlanma metodu – müharibə
16 aprel, 2015 17:19

 

Onlar isə  öz növbələrində  analitik mərkəzlərə, mediaya, kinostudiyalara böyük məbləğdə vəsait ödəyirlər ki, müharibə təbliğatı aprsınlar.
 
Onun sözlərinə görə, Amerika elitasının nümayəndələri asanlıqla sadə vətəndaşların maraqlarını tapdamağa hazırdır.
 
Böyük Britaniya  Müdafiə Nazirliyi hərbçilərin on-layn rejimində səfərbər edilməsi ilə bağlı xüsusi proqramın həyata keçirilməsinə milyonlarla pul töküb, amma proqram lazımınca işləmir. Nazirlik buna görə ciddi tənqidlərə məruz qalır. 
 
Bundan əlavə, Müdafiə Nazirliyi 6 milyard funt-sterlinq qiymətində nasaz sursat və lazımsız geyim əşyaları aldığına görə də tənqidlərlə üzləşib. Ancaq nazirlik günahkarların cəzalandırmayacağını bəyan edib.
 
Üstəlik, bunu vəsaitə qənaət kimi qiymətləndirib. Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon sevinir.
 
“Tayms” qəzetində dərc edilmiş öz məqaləsində o təntənəli surətdə elan etdi ki, London dərhal içində nüvə silahı olan dörd ən yeni sualtı gəmi tikmək niyyətindədir. Düzdür, o əlavə etdi ki, bu planlar yalnız o halda həyata keçəcək ki, 7 mayda   Mühafizəkar Partiyası yenidən seçkiləri udsun.
 
Britaniya hərbçilərinin sevincini anlmaq olar. Son illər Böyük Britaniyada müdafiə xərclər sürətlə azalırdı. Dərin maliyyə böhranı şəraitində bir çox britaniyalılar  sual verirdilər ki, axı Amerika nüvə çətirinin ölkənin üstündə açıldığı halda  bahalı nüvə silahı nəyə gərəkdir? Belə fikirlər  yaxın vaxtlara qədər digər avropalılarl da düşndürürdü.
 
Onlar səmimiyyətlə inanırdılar ki, NATO onun üçün yaradılıb ki, ABŞ  Avropanı xarici təhdidlərdən qorumaq xərclərini öz üzərinə götürsün.
 
Bundan başqa, real təhlükələr praktik olaraq mövcud deyildi. Beləliklə,  Avropa ölkələrinin müdafiə büdcələri hər il daha da azalırdı. Əgər belə davam etsəydi, onda Aİ dövlətləri Brüsseldə təvazökar ofislə yığcam vahid mərkəzi ordu yaradıb milli müdafiə nazirliklərini bağlamalı olardı. Onda nə qədərə avroəsgərə yeni işi axtarmaq lazım gələrdi?
 
İran nüvə proqramı haqda olan-olmaz xəbərlər  avropalıları çox mütəəsir edirdi. Lakin bununla bağlı artırılan xərclər Qərb hərbçilərini qane etmirdi.
 
Onda ABŞ-ın dəstəyi ilə Yaxın Şərqdən “təhlükə”çıxdı. “Suriyanın dostları” bir neçə il yeni “layihələri” pul və silahla təchiz etdilər. Nəticədə, nəzarət altında  olmayan “İslam dövləti” adlı hərbi güc ortya çıxdı. Və indi ABŞ prezidenti İŞİD-i “mədəni dünyanın” əsas düşməni  adlandırır. Təbii ki, “mədəni dünya” müdafiə olunmaq üçün xərclərini də artırır.
 
Bu işə də gərəkli müdafiə xərcləri ayrılmadığı görüldükdə isə Ukrayna krizsi şiddətləndi . “Yeni soyuq müharibə təbliğatı, görünür, özünü doğruldur — CNBC üçün yazdığı məqalədə  ABŞ-ın keçmiş konqres üzvü Ron Pol qeyd edir.
 
Onun sözlərinə görə, Almaniya keçən həftə 100 “Leopard” tankı alınacağını elan etdi. Bununla onların miqdarını 45% artırıb . Bu layihə demək olar ki, alman hökumətinə yarım milyard dollarda oturacaq.
 
Belə avantüralar həmişə özünü doğruldub. Məsələn, ABŞ Əfqanıstanda müharibəyə trilyon dollar xərcləyib. Bundan başqa, hələ münaqişə sahəsində olan və ya evə dönən  əsgərlərə  tibbi xidmətlər üçün  böyük  məbləğdə pul xərclənir.
 
Harvard universitetinin iqtisadçısı Linda Bilms  hesab edir ki, İraq və Əfqanıstan mühariblərinin veteranları üçün tibbi xərclər 134 milyard dollar təşkil edir. Lakin bu, yekun xərc deyil, çünki bir çox xərcləri proqnozlaşdırmaq sadəcə mümkün deyil.
 
Müharibələri tibb mafiyasının əməl adalndıran ekspert qrupu isə İraq, Əfqanıstan, indidə Suriya və Yəmən mühariblərindən sonra dünyada, xüsusən də Şərq ölklərində psixi xəstəliklərdənm müalicə alanların sayının dəfələrlə artdığını deyir.
 
Beləcə müharibələr Qərbdə əczaçılıq sənayesinin və tibbin çiçəklənməsinə rəvac verir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.