Birinci rübdə Azərbaycanın ticarət dövriyyəsində 955 milyon dollar müsbət saldo yaranıb
16 aprel, 2015 17:17
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 18,6 % azalıb.
Ticarət dövriyyəsinin 3 mlrd. 383 mln. 686 min dolları ixracın, 2 mlrd. 428 mln. 448 min dolları idxalın payına düşüb.
Beləliklə, hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsində 955 mln. 237 min dollar həcmində müsbət saldo yaranıb.
İxrac əməliyyatları keçən ilin müvafiq dövrünə nisbətən 37 % azalıb, idxal isə 37.6 % artıb.
İlin birinci rübündə 4 576 çeşiddə mal idxal olunub, 950 çeşiddə mal isə ixrac edilib.