Xəbərlər

Brüsseldə “Bakı 2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib
15 aprel, 2015 21:51

 

ERTV.az Heydər Əliyev Fondunun saytına istinadən xəbər verir ki, Brüsselin “Egmont” sarayında təşkil olunan tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe, Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski çıxış ediblər.
 
Mərasimə Belçikanın ictimai-siyasi xadimləri, bu ölkədə akkreditasiya olunmuş səfirliklərin nümayəndələri qatılıblar.
 
Tədbirdə Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq işlərindən bəhs olunub və “Bakı-2015”ə həsr olunmuş film nümayiş etdirilib. Filmdə Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015”ə hazırlıq, Azərbaycanda idman sahəsinin inkişaf etidirilməsi məqsədilə görülən işlər haqda məlumat verilir.
 
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi uğurlardan danışıb, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin bu nailiyyətin və idmana dövlət qayğısının nəticəsi olduğunu bildirib.
 
Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe Azərbaycanın ev sahibliyi edəcəyi bu mötəbər tədbirin idmançılar, o cümlədən dünya gənclərini ruhlandıracağına əminliyini bildirib.
 
“Bakı-2015” birinci Avropa Oyunlarının uzun müddət yaddaşlarda qalacağını diqqətə çatdıran Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri  Çarnetski bu önəmli idman tədbirinin ölkələr arasında əlaqələrin genişlənməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.
 
Daha sonra qonaqlara pianoçu, caz ifaçısı Elçin Şirinov və onu müşayiət edən musiqiçilər tərəfindən müxtəlif caz kompazisiyaları təqdim edilib. Tədbir iştirakçıları, eyni zamanda paytaxt Bakı və Azərbaycanın regionları ilə tanışlıq imkanı yaradan foto-sərgiyə baxıblar. Sonda qonaqlara Heydər Əliyev Fondunun müxtəlif nəşrləri - kitablar, musiqi diskləri hədiyyə edilib.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.