Bunu Azərbaycan-İtaliya işgüzar görüşündə İqtisadiyyat və sənaye naziriŞahin Mustafayev deyib.
O qeyd edib ki, investisiyanın 374 milyon dollar neft, 108 milyon dollar isə qeyri-neft sektoruna yatırılıb.
Nazir İtaliya şirkətlərinin 8 layihədə podratçı kimi cəlb olunduğunu və bu layihələrin 810 milyon dollar həcmində olduğunu qeyd edib.
“İtaliya 7 ildir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard dollardan çox olub. Ticarət dövriyyəsində idxalın payı artmaqda davam edir, mal çeşidi də genişlənir”.
O, qarşılıqlı səfərləri də əməkdaşlığın inkişafında xüsusi rolu olduğunu qeyd edib. Nazir bildirib ki, indiyə qədər iki ölkə arasında 30-a yaxın saziş imzalanıb.
“İkiu ölkə arasında enerji sahəsində möhkəm əməkdaşlıq var. İtaliya cənub qaz dəhlizində fəal iştirakçıdır”.
Onun sözlərinə əsasən, iki ölkə arasında enerji, ticarət, turizm sahələrində əməkdaşlıq davam edəcək. Ş.Mustafayev həmçinin İtaliya şirkətlərini Mingəçevir sənaye parkına dəvət edib.
Bundan başqa Ş.Mustafayev İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin nəzərinə çatdırıb ki, İtaliyanın bəzi şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərir və qeyd edib ki, bunun qarşısı alınmalıdır.