Xəbərlər

Sifətinə maska taxanlar Avropa Oyunlarına buraxılmayacaqlar
14 aprel, 2015 12:48

 

Bununla bağlı hər iki sənədə dəyişiklikləri nəzərdə tutulan qanun layihələri parlamentin Sosial siyasət, o cümlədən Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin aprelin 14-də keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, son illər Azərbaycan özünün intibah dövrünü yaşayır.

“Azərbaycan yenidən qurulur, tikilir, inkişaf edir, dünya dövlətləri arasında öz yerini tapır. Bu baxımdan, ilk Avropa Oyunlarının  məhz Azərbaycanda keçirilməsi də çox önəmli və əhəmiyyətlidir”, - deyən komitə sədri “Bədən tərbiyəsi və idman haqqında” mövcud qanuna bır sıra dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.

Onun dediyinə görə, qanuna edilən dəyişikliyə əsasən kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin təmin olunması və ictimai asayişin mühafizəsi məqsədilə bəzi şəxslərin və əşyaların buraxılmasına yol verilməyəcək.

Yəni, idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər, sifətinə maska taxan şəxslər, şəxsi baxışdan və üzərindəki əşyaların yoxlanılmasından imtina edən şəxslər, sərxoşluq vəziyyətində olan, habelə narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının, toksik təsir göstərən maddələrin təsiri altında olan şəxslər, qrup şəklində ifrat edən azarkeşlik edən şəxslər və s. buraxılmayacaqlar.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verərək bildirib ki, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasınıa görə, fiziki şəxslər 500 manat, vəzifəli çəxslər 2 min manat, hüquqi şəxslər 5 min manat miqdarında cərimələnəcəklər.

Həmçinin, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 5 min manat miqdarında cərimə ediləcəklər.

Müzakirələrdən sonra hər iki sənəd parlamentin plenar iclasına tövsiyə olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.