Xəbərlər

Xəstə heyvanlara əsl ana şəfqəti göstərən pişik
14 aprel, 2015 12:40

 

Adme.ru saytına istinadən xəbər verir ki, Polşanın Bıdqoş şəhərində heyvanlar üçün sığınacaq-bəsləmə məntəqəsindəki Rademenes adlı qara pişik digər heyvanlara əsl ana şəfqəti göstərir.
 
Rademenes heyvanlar üçün sığınacaqda peyda olanda cəmi 2 aylıq imiş. Məntəqənin baytarları ona yuxarı tənəffüs yollarının iltihabı diaqnozunu qoyublar.
 
Pişiyin vəziyyəti həddindən artıq ağır olsa da, o, inadla həyatı uğrunda mübarizə aparıb və nəticədə sağlamlığına qovuşmağa nail olub.
 
Sağalandan sonra bu qara pişik sığınacaq evinin digər sakinlərinin qayğısına qalmağa başlayıb. Həm də onların pişik və ya it olmasının fərqinə varmadan...
 
Baytarların sözlərinə görə, sığınacaqda yeni xəstə heyvanlar peyda olan kimi, Rademenes onlara yaxınlaşaraq qucaqlamağa, isitməyə çalışır, hətta bəzən onların qulaqlarını yalayır.
 
Bu qara pişik sözügedən heyvanlar üçün sığınacaq-məntəqənin əsl talismanına çevrilib. Onun necə böyük məhəbbətlə digər xəstə heyvanları qucaqladığını əsk etdirən fotolara baxanda düşündüm ki, “heyvanlar şüursuzdur”, “heyvan kimi adamdır, nə elədiyini bilmir” və s. bu kimi gündəlik həyatımızda işlətdiyimiz ifadələri bir daha dilimizə gətirmərik yəqin...
 
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.