Anadolu Agentliyinin əməkdaşı Suriyada yaralanıb
14 aprel, 2015 12:37
“Anadolu”ya istinadən xəbər verir ki, hadisə nəticəsində agentliyin operatoru Hüseyn Nasr yaralanıb.
Agentliyin əməkdaşları Hələbin Cəmiyyət əz-Zəhra bölgəsində döyüşləri çəkmək üçün Suriyaya gedib.
Raket Suriya ordusu tərəfindən jurnalistlər olan ərazinin 5 metr yaxınlığına düşüb. Operator başından yaralanıb.