“Berlin TV”-də I Avropa Oyunları haqqında reportaj yayımlanıb
13 aprel, 2015 19:20
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Almaniyanın “Berlin TV” kanalı Birinci Avropa Oyunları və ölkəmizin bu idman yarışına hazırlığı ilə əlaqədar reportaj hazırlayıb.
Bundan başqa, Şuranın dəstəyi ilə Almaniyanın “Godd Media” təşkilatı Azərbaycanda idmanın, turizmin, vətəndaş cəmiyyətinin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında 8 reportaj hazırlayaraq “Berlin TV” kanalında yayımlayacaq.