“Forsaj 7 ” Nizami Kino Mərkəzində Türkiyə türkcəsində nümayiş olunur
13 aprel, 2015 19:14
Amerika rejissoru Ceyms Vanın, Kris Morqanın və Skott Tompsonun ssenarisi əsasında çəkdiyi bu film, döyüş, triller və kriminal janrındadır.
Filmin sloqanı: “İntiqam sərhəd tanımır” Yaş həddi: +18
Tamaşaçılara həyəcanlı anlar yaşadan “Forsaj 7” öncə çəkilən iki filmin davamıdır: “Forsaj 6” (2013) və “Üçqat forsaj: Tokia yarışı” (2006). Filmin əsas qəhrəmanları Dominik Torreto və onun komandasıdır. Onlar ekran əsəri boyu qardaşının qisasını alan Yan Şou ilə mübarizə aparırlar.
Onlar Tokio, London və Los-Ancelesi fəth ediblər. Amma dünya artıq onların qaydaları ilə oynamır. Ərəb səhralıqlarının istisi, cox hündür göydələnlər, təkər üzərinə qoyulmuş milyon dollarlar, həddindən artıq məşhur yaramaz və sərhəd tanımayan sürət...
Filmdəki obrazları aktyorlar Vin Dizel, Pol Uoker, Dueyn Conson, Ceyson Steytem, Mişel Rodriqez, Tayriz Qibson, Kris Bridjes, Kurt Rassel, Natali Emmanuel və başqaları oynayırlar.
Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən öyrənə bilərsiniz.