Xəbərlər

Qənirə Paşayevaya Türkiyədə ilin ən uğurlu millət vəkili mükafatı verilib
13 aprel, 2015 19:09

Gap Gazeteciler Birliği, Adıyaman Valiliyi,  Adıyaman Bələdiyyəsi, Adıyaman Universiteti  tərəfindən təşkil edilmiş tədbirdə Türk dövlətlərindən və toplumlarından çoxlu sayda dövlət adamları, millət vəkilləri, siyasətçilər, QHT-ləri, mətbuat və mediya qurumları, alimlər iştirak ediblər və mükafatlandırılıblar. 

GAP Gazeteçiler Birliyi başqanı Zeynelabidin Kıymaz və bir sıra dövlət xadimlərinin çıxışlarından sonra mükafatlandırma mərasimi başlayıb. Mükafatlandırılanlar arasında olan  millət vəkili Qənirə Paşayeva ilin ən uğurlu millət vəkili mükafatı təqdim edilib.  

Türk dünyasından tanınmış media nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatın təqdim edilməsində bildirilib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır,onların problemlərini beynəlxalq tribunalardan səsləndirir, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan bölgələrindən köçkün düşmüş köçkünlərin haqlarının müdafiəsi istiqamətində də hər zaman yorulmadan çalışır və münsiflər heyəti Türk Dünyasında ilin ən uğurlu millət vəkili  mükafatının ona verilməsi haqqında qərar qəbul edib. Millət vəkilinə mükafatı Adıyaman valisi Mahmut Demirtaş təqdim edib. Millət vəkili Qənirə Paşayeva çıxışında deyib:

“Mən bu mükafatı bu gün mənim burada ola bilməyim üçün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canından keçən şəhidlərimiz, fədakarca çalışan böyük dövlət adamlarımiz və aydınlar adına, gözəl ölkəm Azərbaycan və gözəl insanlarımız azərbaycanlılar adına, Ermənistanın işğalı zamanı şəhid olan dostlarım, bütün şəhidlərimiz, qazilərimiz, Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən və haqları tapdalanmaqda davam edən bütün qaçqın və köçkünlərimiz adına alıram və Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm ”  Mükafatı aldığı zamanı çıxışında Qənirə Paşayeva Türk dövlət və toplumlarından gəlmiş qardaş-bacılarımız, aydınlara, ictimai-siyasi  xadimlərə  səslənərək  topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə bir bizi-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin  daha yaxşı bilməsinə çalışmalıyıq. 

Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür   düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev bu gün Azərbaycan-Türkiyə arasındakı münasibətlərin dünyada analoqu olmayan münasibətlərdən olduğunu və bu cür əməkdaşlıqdan hər iki dövlətimizin gücləndiyini deyib və bunun bir örnək olduğunu da bildirib. 

Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın  Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından,  Xocalı Soyqırımından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. “Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. 

Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük  dəstək olmalıyıq.İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”.Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda tədbirin təşkilatçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar, hədiyyələr təqdim edib. O, nüfuzlu və tanınmış jurnalistlər tərəfindən bu mükafata layiq görülməkdən ayrıca məmun olduğunu bildirib və dəyərli jurnalist həmkərlarıma etimadlarından dolayl təşəkkür edirəm, çalışacam ki, bu etimadı hər zaman doğruldum deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.