ABŞ-da dini azadlıq haqqında qanun oriental diskriminasiya vasitəsinə çevrilib
13 aprel, 2015 19:06
Polşanın “Krytyka” qəzetində ABŞ-da vicdan azadlığının vəziyyətinə həsr olunmuş “Geylər üçün pizza hazırlamırıq” başlıqlı tənqidi material dərc edilib.
Materialda ABŞ-da vicdan azadlığının təmin olunmasına dair qanunvericiliyin, əslində, diskriminasiyaya yol açdığı konkret nümunələrlə göstərilib:
“İndiana və Arkanzas ştatlarında dini azadlıq haqqında qanun layihəsi bəyənilərək qəbul olunub. Bunun hansı nəticələri olacaq? Məsələn, həmin qanun müəyyən firmalara geylərə və lesbiyanlara xidmət göstərməmək imkanı verəcək.
Hansısa gül dükanının sahibəsi qərara gələ bilər ki, gey toyu üçün buket hazırlamaq onun dini inanclarına ziddir. Absurddur?
Artıq pizza hazırlayan firmalardan biri bəyan edib ki, öz məhsullarını gey toylarına göndərməyəcək.
Lakin dini azadlıq haqqında qanunun dərk olunması ilə bağlı problem daha ciddidir. Demokratlar, ictimaiyyətin böyük hissəsi, idman dairələri, biznes və qeyri-kommersiya çevrələri hesab edirlər ki, kişi və qadın bərabərliyinə təminatın mövcudluğuna baxmayaraq, ABŞ-da diskriminasiya yenidən vüsət almaqdadır.
Maraqlıdır ki, ötən il ABŞ-ın Ali məhkəməsi dini inanclarını əsas götürən bir qrup vətəndaşın tibbi sığorta əməkdaşlarına pul ödəməmələrinin doğruluğuna dair qərar çıxarıb.
O baxımdan, İndiana və Arkanzas ştatlarında dini azadlıq haqqında qanunun qəbulu, əslində, mühafizəkar xristian dairələrin uğuru kimi qiymətləndirilir.