Xəzər Dəniz Gəmiçiliyi donanmasına 3 sərnişin gəmisi əlavə edəcək
13 aprel, 2015 19:02
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətin sədri Rauf Vəliyev bildirib.
O qeyd edib ki, gəmiçiliyin 2015-2020-ci illərdə inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan gəmilərin tikintisinə başlanılması planlaşdırılır.
Qurumun sədri bu il “Zığ” Gəmi Təmiri Zavodunun tikintisinin 2-ci mərhələsinin başa çatdırılacağını da bildirib:
“Bu il qurumun qarşısında duran əsas məqsəd strateji inkişaf istiqamətinin və “Azərbaycan Respublikasında Gəmiçiliyin 2015-2020-ci illərdə inkişafına dair Dövlət proqramı”nın təsdiqi, Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi sahəsində beynəlxalq İSO sertifikatlarının alınmasıdır”.