Ötən il Azərbaycan filmlərinin dünyada təşkil olunan 52 beynəlxalq festivalda iştirakını göstərmək kifayətdir ki, uğurlu yekunların miqyası təsəvvür olunsun.
AzərTAc-a istinadən xəbər verir ki, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
Bu gün Azərbaycanın beynəlxalq kitab və turizm sərgilərinin keçirilməsi sahəsində iştirakçı ölkədən təşkilatçı ölkəyə çevrildiyini diqqətə çatdıran Ə.Qarayev bir neçə gün öncə keçirilən və Azərbaycan Prezidentinin də təşrif buyurduğu Beynəlxalq Turizm Sərgisində 42 ölkədən 370 şirkətin iştirak etdiyini bildirib.
Nazir hazırda hazırlıq işləri aparılan IV Bakı Beynəlxalq Kitab Sərgisində artıq 150-yə yaxın xarici və yerli nəşriyyat-poliqrafiya müəssisəsinin iştirakının təsdiqləndiyini vurğulayıb.