Sərnişinlər ABŞ aeroportlarında xırda pullarla 675 min dollar unudublar 11-April-2015 [12:40]
10 aprel, 2015 19:58
Gazeta.ru-ya istinadən xəbər verir ki, ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik İdarəsinin əməkdaşları ötən il ərzində Nyu-Yorkdakı üç aeroportun uçuşdan əvvəlki keçid məntəqələrində sərnişinlərin unutduqları xırda pullardan ibarət 76 min dollar toplayıblar.
Qeyd olunur ki, sərnişinlər daha çox Con Kennedi adına beynəlxalq aeroportda xırda pullarını unudaraq götürməyiblər: 42 550 dollar.
ABŞ Konqresi isə 2005-ci ildən etibarən, Nəqliyyatda Təhlükəsizlik İdarəsinə sərnişinlərin unutduqları həmin pulları təhlükəsizliyin təmin olunmasına sərf etmələrinə icazə verib.
Ümumilikdə isə 2014-cü ildə ABŞ aeroportlarında sərnişinlərin unutduqları xırda pulların cəmi 675 min dollar təşkil edib.