Xəbərlər

İlham Əliyev: "Azərbaycan qazı hazırda Avropa məkanı üçün yeganə yeni mənbədir"
10 aprel, 2015 19:36

 

AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.

Dövlət başçısı xatırladıb ki, keçən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlinin qoyulması və Məşvərət Şurasının iclasının keçirilməsi çox önəmli hadisə idi:

“Bu toplantıda “Cənub” qaz dəhlizinin bizimlə əməkdaşlıq edən bütün mövcud və gələcək üzvləri iştirak edirdi. Mətbuata verilən yekun bəyanat da çox müsbət idi, orada Azərbaycanın liderlik rolu qeyd edilib. TANAP layihəsinin təməl daşının qoyulması dünya birliyinin diqqətini cəlb etdi. TANAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsidir”.

Prezident deyib ki, “Cənub” qaz dəhlizi 4 hissədən ibarətdir, TANAP onun önəmli hissəsidir:

“Azərbaycan TANAP layihəsinin icrasında əsas, yəni, səhmdar kimi fəaliyyət göstərir. Artıq işlər başlayır və hesab edirəm ki, Azərbaycan qazı -“Şahdəniz-2”dən çıxarılacaq qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaqdır. TAP layihəsi də icra edilməlidir. Hesab edirəm ki, TAP layihəsinin icrası üçün bəzi hallarda yaradılan süni maneələr aradan qaldırılacaq və Avropa ölkələri, bu layihədə iştirak edən ölkələr və Avropa İttifaqı bu məsələləri özləri həll edəcəkdir. Hər halda Azərbaycan və Türkiyə üzərinə düşən vəzifələri, TANAP layihəsinin icrası ilə bağlı bütün vəzifələri vaxtında yerinə yetirəcək”.

Dövlət başçısı vurğulayıb ki, “Cənub” qaz dəhlizi tamamilə yeni enerji xəritəsini ortaya qoyur və Azərbaycanın rolu getdikcə artır:

“Avropa İttifaqı indi enerji ittifaqı haqqında bəzi təkliflər irəli sürübdür və Azərbaycan Avropa Komissiyasının sənədlərində artıq önəmli tərəfdaş kimi göstərilir. Biz əlbəttə ki, bütün bu işləri izləyirik. Biz bilirik ki, Azərbaycanın rolu nə qədər əhəmiyyətlidir. Biz bilirik ki, Azərbaycan qazı hazırda Avropa məkanı üçün yeganə yeni mənbədir. Biz öz işimizi görürük və gördüyümüz işlər nəticə verir.

Biz 2012-ci ildə Prezident Ərdoğanla İstanbulda TANAP layihəsini imzaladıq və 2015-ci ildə TANAP layihəsinin təməl daşını qoyduq. Görün, qısa müddət ərzində nə qədər iş görülüb. Bundan əvvəl TAP layihəsi seçilib, “Şahdəniz-2” layihəsinə start verilib və Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri də artıq inşa edilir. Bax, bizim işimiz bunlardan ibarətdir, boşboğazlıq yox, konkret, nəticəyə hesablanmış işlər.

Biz heç vaxt populist vədlər verməmişik, konkret nəyi demişiksə, onu da etmişik. Ona görə birinci rübdə ümumi iqtisadi inkişafla əlaqədar dediyim bax bu sözlər bizim uğurlu siyasətimizi bir daha göstərir. Eyni zamanda, birinci rübdə enerji siyasətimizi bundan sonra uğurla aparmaq üçün çox önəmli addımlar atılıb. Əminəm ki, nəzərdə tutulan bütün vəzifələr ilin sonuna qədər icra ediləcək, dinamik inkişaf təmin olunacaq, iqtisadiyyat, qeyri-neft sektorumuz artacaq və Azərbaycan 2015-ci ildə daha da böyük zirvələrə çatacaqdır".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.