Xəbərlər

Bakı 2015 İlk Avropa Oyunları ilə bağlı tələbədən unikal təşəbbüs
09 aprel, 2015 13:14

 

Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi Çingiz Səfərov“Bakı 2015 İlk Avropa Oyunları”nın mobil oyunlar şəklində həyata keçirilməsi üçün layihə hazırlayıb.
 
Layihə müəllifi bildirib ki, oyunların keçirildiyi məkanın dizayn tərtibatına uyğun olaraq yaradılan mobil oyunlar bir neçə mərhələdə hazırlana bilər:
 
“Belə ki, İlk Avropa Oyunlarında yer alan idman növlərindən birinin mobil oyun şəklində təqdim olunmasından sonra digər idman yarışlarından ibarət oyunların hazırlanmasına başlanacaq. Oyunlar keçirildiyi məkanı əks etdirməsi ilə yanaşı, ön baxışda ölkəmizi təbliğ edəcək materiallardan ibarət olacaq.
 
Təklif edilən sosial layihə texnologiyanın inkişafı və yaratdığı geniş imkanlardan faydalanaraq ölkəmizdə keçiriləcək mötəbər oyunların daha geniş kütləni əhatə etməsi, milli mədəni dəyərlərimizin dünyada təbliği və ölkəmizin dünya idmanı tarixinə daha bir töhfəsi ilə beynəlxalq ictimaiyyətdə tanınması məqsədini daşıyır”, - deyə Ç.Səfərov söyləyib.
 
O, sözlərinə əlavə edib ki, bu təşəbbüs mobil texnologiyalar bazarında yeni bir model kimi də qəbul edilə bilər:
 
“Bundan sonra dünya miqyasında keçiriləcək tədbirlərin bu təcrübədən yararlanaraq həyata keçirilməsi dövlətimizin beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmləndirilməsinə yol açacaq. 
 
Bakının ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizi uzun müddət dünyanın diqqət mərkəzində saxlayacaq. Mobil oyunların ərsəyə gətirilməsi isə dünya təcrübəsində yeni bir formatın ərsəyə gətirilməsi ilə tarixə iz salacaq”.
 
Çingiz Səfərov bu işdə ona kömək ola biləcək hər kəsdən dəstək gözləyir və əməkdaşlığa dəvət edir.
 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.