Ronaldodan Fənərbaxçaya mesaj
09 aprel, 2015 13:10
Hadisədən dərhal sonra Türkiyə də daxil olmaqla, dünyanın bir çox yerlərindən məşhur futbolçular Fənərbaxça oyunçuları ilə əlaqə saxlayıblar. Çirkin hadisə elə əks-səda doğurub ki, hər kəs bunun niyə baş verdiyini anlamağa çalışıb. Ortaq sual isə “idmançılara qarşı bu cür hücumu kim edə bilər?” olub. Dünya səviyyəsində qınağa səbəb olan hücumdan sonra zəng edənlər arasında Kristiano Ronaldo, Eden Hazard kimi ulduzlar da var.