Xəbərlər

“Ağ babanın nağılı”na ictimai baxış olub.
09 aprel, 2015 13:03

Teatrdan verilən xəbərə görə, məşhur Azərbaycan xalq nağılı “Qoca ilə Şir“in motivləri əsasında səhnələşdirilən tamaşa “Ağ babanın nağılı” adlanır.

Teatrın baş rejissoru Qurban Məsimovun quruluş verdiyi birhissəli uşaq tamaşası özünün maraqlı mövzu və ideyası ilə seçilir.

Uşaqlara dürüstlük, mübarizlik və sədaqət kimi ali insani dəyərlər aşılayan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Respublikanın Əməkdar artisti Anar Hüseynlidir.
Ağlın əhəmiyyətindən, güc tətbiqindən öncə ağılın qələbəsindən danışan tamaşada humanizm və məntiqin vacibliyi ana xətt təşkil edir.

Komik hadisələr fonunda cərəyan edən hadisələr sonda ağlın güc üzərində qələbəsi ilə nəticələnir. Uşaqlara xoş anlar vəd edən yeni səhnə əsərində əsas obrazları teatrın aparıcı aktyorları, Əməkdar artist Rəhman Rəhimov, aktyorlar Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli ifa edirlər. 

Ağlın güc üzərində qələbəsinin komik hadisələr fonunda göstərildiyi tamaşanın premyerası aprelin ortalarında baş tutacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.