Bakıda Macarıstan universitetlərinin təqdimatı keçiriləcək
09 aprel, 2015 12:55
Xəbər verir ki, STUDY HUNGARY-nin Bakı ofisində keçiriləcək təqdimatda İnternational Business School Universiteti, Corvinus Universiteti, Debrecen Universiteti, ELTE Universiteti, SZİU Universiteti, Pecs Universiteti və digər universitetlər barədə ətraflı məlumat veriləcək.
Macarıstan universitetləri Azərbaycan dövlətinin “2007-2015-ci illər Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqram”ına daxildir və bu universitetlərinin diplomları Azərbaycan hökuməti tərəfindən tanınır. Həmçinin, Macarıstan hökuməti bu ildən etibarən Azərbaycandan olan 200 tələbənin Macarıstanın dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb.
Təqdimat zamanı adıçəkilən universitetlərdə iqtisadiyyat, maliyyə, biznes, beynəlxalq əlaqələr və diplomatiya, turizm menecmenti, incəsənət, musiqi, rəsm və fotoqrafiya, kompüter mühəndisliyi, tikinti, inşaat, mühəndislik, insan resursları menecmenti, tibb, müalicə işi və intensiv ingilis dili kursları barədə məlumatlar dinləyicilərin nəzərlərinə çatdırılacaq.
Məlumat üçün deyək ki, təqdimata giriş sərbəstdir və arzu edən hər kəs əvvəlcədən qeydiyyatdan keçməklə bu təqdimatda iştirak edə bilər. Aşağıda qeyd olunmuş telefon nömrələrinə SMS yazmaqla qeydiyyatdan keçmək mümkündür.
Qeydiyyatdan keçmək üçün son müddət 11 aprel saat 14:00-a qədərdir.