İsmayıllı məktəbliləri arasında “Şahin” hərbi-idman oyunu keçirilib
09 aprel, 2015 12:53
Yarışlarda 20 tam orta məktəbin komandası iştirak edib.
Maraqlı və gərgin keçən oyunlarda məktəblilər öz məharətlərini nümayiş etdiriblər.
Yarışların nəticələrinə görə şəhər 6 saylı tam orta məktəbin komandası ən yüksək nəticə əldə edib və zona birinciliyinə vəsiqə qazanıb. Diyallı və şəhər 3 saylı tam orta məktəblərinin komandaları isə ikinci və üçüncü yeri tutublar.