ABŞ-da basketbolçuları daşıyan təyyarə qəzaya düşdü: ölənlər var
09 aprel, 2015 12:49
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika Universitet İdman Federasiyası (NCAA) basketbol turnirindən qayıdan bəzi məşqçilər və idmançıların yer aldığı “Cessna 414” tipli xüsusi təyyarə İllinoys ştatının Bluminqton şəhəri yaxınlığında qəzaya uğrayıb.
Qəza zamanı təyyarədə olan 7 nəfərin hamısı ölüb. Ölənlər arasında İllinoys Dövlət Universitetinin basketbol komandasının məşqçisi Torrey Vard da olub.
Qəza zamanı ölən digər idmançıların adları hələlik açıqlanmayıb.