Xəbərlər

Azərbaycan Premyer Liqası reytinqdə 29-cu pillədədir
08 aprel, 2015 22:42

 PFL-ə istinadən məlumat verir ki, iki mərhələdən ibarət toplantının ilk mərhələsində EPFL nümayəndəsi Jair Emanuel Bertoni və Peşəkar Futbol Liqasının nümayəndələri iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev sözü PFL prezidenti Ramin Musayevə verib.

R.Musayev çıxışı zamanı bir sıra məsələlərə toxunub: “Diqqətinizə çatdırım ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə futbolun inkişafına dair dövlət proqramı imzalayıb. Həmin proqrama əsasən müxtəlif tədbirlər həyata keçirilir. Etiraf edim ki, biz futbol ölkələri kimi tanınan dövlətlərin təcrübəsindən yararlanmağa çalışırıq. Bu mənada, biz Avropa Peşəkar Futbol Liqaları Birliyinə üzv olmaqdan məmnunuq. Əlavə edim ki, Peşəkar Futbol Liqası 2008-ci ildə yaradılıb və keçən müddət ərzində inkişafa nail olmuşuq. Hazırda Premyer Liqamız Avropa ölkələrinin reytinqində 29-cu pillədə qərarlaşıb. Çalışırıq ki, daha yüksək pillələrə qalxaq”.

Öz növbəsində çıxış edən J.E.Bertoni Azərbaycanda olduğundan fəxr hissi duyduğunu ifadə edərək, ilk dəfə olduğu Bakını bəyəndiyini vurğulayıb. Səlahiyyətli şəxs bildirib ki, Peşəkar Futbol Liqasının gördüyü işlərdən xəbərdardır. O, Avropa Peşəkar Futbol Liqaları Birliyinə daxil olan 31 qurum arasında münasibətlərin qurulmasının və daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nahar fasiləsindən sonra isə tədbirə Avropa Klublar Birliyinin nümayəndəsi Vouter Lambrext və yuxarıda adları qeyd olunan klubların nümayəndələri qatılıblar. Tədbirdə “Neftçi” icraçı direktor Elnur Məmmədov, “Xəzər Lənkəran” menecer Elvin İsmixanov, “Bakı” prezident müşaviri Nəriman Mehdiyev, AZAL isə vitse-prezident Fikrət Hüseynovla təmsil olunub. Tədbirin ikinci hissəsində isə daha çox klub-futbolçu münasibətlərindən danışılıb və problemlərin həlli yolları göstərilib.

Tədbirin sonunda R.Musayev qonaqlara xüsusi hədiyyələr təqdim edib və onları Azərbaycan Kubokunun finalına dəvət edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.