Sabir Rüstəmxanlı: “Bir sıra məmurlar övladlarına öz dilimizdən başqa, bütün dilləri öyrədirlər”
07 aprel, 2015 15:40
Bunu millət vəkili Sabir Rüstəmxanlı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin iki illiyi münasibətilə keçirilən dəyirmi masada deyib.
“20 ildir ki nazirdir, amma Azərbaycan dilində danışa bilmir. Ana dilinə sayğı göstərməyən adamın dövlətin idarəçiliyində rolu necə ola bilər?.. Bir sıra məmurlar övladlarına öz dilimizdən başqa, bütün dilləri öyrədirlər”.