Ermənistanda müxalifətçilərin həbsinə başlanılıb
07 aprel, 2015 15:33
Ertv.az “Erpess”ə istinadən xəbər verir ki, bu gün səhər “Təsis parlamenti” təşəbbüsünün nümayəndələrinin ofis və mənzillərində axtarış başlayıb, Pavel Manukyan və onun qardaşı hərəkatın koordinatoru Toros Sefilyan saxlanılıbılar.
Məlumatda qeyd edilib ki, səhər 06:35 radələrində baş müstəntiq Roman Sardaryanın rəhbərliyi ilə hərəkatın binasına Milli Təhlükəsizlik Xidməti, Xüsusi İstintaq Komitəsi və polislərdən ibarət 20-dən artıq adam gəlib.
Onlar ofisdə axtarış aparmaq tələbini irəli sürüblər, lakin hadisə yerində olan vəkilə order təqdim etməyiblər və binaya girişi qadağan ediblər.
Xüsusi İstintaq Komitəsinin məlumatında deyilir ki, "Milli Təhlükəsizlik Xidməti və Ermənistan İstintaq Komitəsinin birgə fəaliyyəti nəticəsində 24 aprel 2015-ci ildə keçiriləcək tədbirlər zamanı yerlərdə planlaşdırılan kütləvi iğtişaşların təşkilinin qarşısı alınıb.