Obama: “İranla razılaşma İsraili dövlət kimi tanıma şərti ilə əlaqələnməməlidir”
07 aprel, 2015 15:30
Bu barədə Birləşmiş Ştatlar prezidenti “National Public Radio”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, nüvə proqramına dair razılaşmaya Tehranın İsrail dövlətini tanıması ilə bağlı maddənin daxil edilməsi qeyri-mümkün şərtdir:
“Əgər belə bir tələbi gündəmə gətirsək, onda yekun razılaşmanı ancaq İranda rejim dəyişəndən sonra imzalayacağımızı əvvəlcədən qəbul etməli olacağıq. Bu isə fundamental yanlışlıq ola bilər”, - Obama deyib.
Qeyd edək ki, aprelin 2-də aparılan danışıqlar nəticəsində İranla “altılıq” ölkələri (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) arasında nüvə proqramına dair razılaşma əldə edilib.