AZAL gələn aydan Barselonaya uçuşlara başlayır
07 aprel, 2015 15:29
AZAL-a istinadən xəbər verir ki, reyslər şənbə günləri Bakıdan saat 07.00-da uçuş və yerli vaxtla 09.45-də Barselonaya eniş olmaqla yerinə yetiriləcək.
Barselonadan uçuşlar saat 11.00-da yerinə yetiriləcək və yerli vaxtla 19.10-da Azərbaycanın paytaxtına enəcək. Yeni hava xətlərinə xidmət ekonom eləcə də, biznes sinifin olduğu Airbus 319 tipli təyyarələrlə göstəriləcək.