Futbolçu məşqdə öldü
07 aprel, 2015 15:16
ANS PRESS-ə istinadən xəbər verir ki, birinci liqada mübarizə aparan “Betlemi” klubunun futbolçusu Arçil Partenadze məşq zamanı vəfat edib.
Futbolçunun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib.
Ona əvvəllər həkimlə ürəyində olan problemə görə futbol oynamamalı olduğunu bildirsələr də, Partenadze buna qulaq asmayıb.
Faktla bağlı araşdırma aparılır.