Xəbərlər

Qənirə Paşayeva: “Qarabağ bütün Azərbaycanlıları ətrafında toplaya bilən yeganə komandadır”
06 aprel, 2015 16:37

 

Bu barədə millət vəkili Facebook profilində yazıb.
 
Q.Paşayeva qeyd edib ki, “Qarabağ” Azərbaycan komandaları arasında yeganə komandadır ki, bütün Azərbaycanlıları ətrafında toplaya bilir.
 
“Hansı komandaya azarkeşlik etməsindən asılı olmayaraq “Qarabağ”da hamı bir araya gəlir. Amerikalı jurnalist, dostumuz Tomas Qoltsun “Qarabağ”la bağlı sənədli filmi üçün çıxışımda da bunları söylədim.
 
Azərbaycan Milli Komandası, hətta deyərdim ondan da daha həssas münasibət var insanlarımız arasında “Qarabağ”a qarşı”.
 
Millət vəkili qeyd edib ki, “Qarabağ” klubunun hər zaman uğurlarına sevinir və hər zaman sevgimizlə, dəstəyimizlə yanındayıq.
 
“Bu gün mənim üçün böyük bir şərəf oldu ki, klubun yönəticiləri mənə “Qarabağ”ın geyimini hədiyyə etdilər. Həm də sevimli rəqəmin “7” ilə.
 
Bu həyatımda aldığım ən gözəl hədiyyələrdəndir və ömrüm boyunca qorumağa çalışacam.
 
“Qarabağ”-“Bakı” oynunu da izlədik. Dəyərli jurnalist dostumuz, “Qarabağ”ın ən böyük azarkeşlərindən və dəstəkçilərindən biri Şakir Eminbəylinin hazırladığı sənədli film, proqramda da çıxış etdik və azarkeşlərimizi komandalarımıza dəstək üçün meydançalara dəvət etdik.
 
Futbol oyununda qələbədə azarkeşlərin meydançalardakı dəstəyi və sevgisi komandaya hər zaman müsbət təsir edir və qələbəyə böyük stimul verir. Uşaqlığımdan azarkeşi olduğum futboldan bildiyim qədər sualları cavabladım. “Qarabağ”, “Bakı” klubumuzun təmsilçiləri ilə gözəl fikir mübadiləsi də apardıq.
 
Ən böyük arzularımdan birini “Qarabağ”a diləyərək ayrıldım görüşdən. İnşallah bir gün “Qarabağ” Ali Baş Komandanın rəhbərli ilə işğaldan azad edəcəyimiz və yenidən quracağımız gözəl Dağlıq Qarabağda da oyunlar keçirsin və mən də bu gözəl hədiyyə ilə onminlərlə azarkeş arasında onun oyununu və qələbələrini izləyim. Uğurlar, əziz “Qarabağ”!
 
Bu günə qədər olduğu kimi bundan sonra da hər zaman yanındayıq. Fərqi yoxdur bir haradanıq və harada yaşayırıq. Azərbaycanın daxilində və xaricində yaşayan bütün azərbaycanlılar hər zaman yanındadır!”
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.