Azərbaycanlı döyüşçü Moldovada rinqdən qalib ayrıldı.
06 aprel, 2015 16:35
ANS Press-ə istinadən xəbər verir ki, turnirdə Azərbaycanı iki idmançı təmsil edib.
75 kq-da ölkəmizi təmsil edən idmançımız Tural Bayramov Moldova döyüşçüsü Sergey Morariylə dueldən qalib ayrılıb.
Digər idmançımız 84 kq-da çıxış edən Ruslan Kobzev moldovalı Denis Apavaloaya qarşı döyüşdə məğlubiyyət acısı yaşayıb.
Turnir zamanı K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov Moldovanın sabiq prezidenti Vladimir Voronin və Azərbaycanın Moldovadakı diaspora rəhbəri Vüqar Novruzovla görüşüb.
Qeyd edək ki, Moldova turnirində qələbə qazanan Tural Bayramov gecənin əzmkar döyüşçüsü seçilib.