Xəbərlər

2014-ci ildə rekord sayda izləyicisi olan rəssam Yayoi Kusamanın əsəri Heydər Əliyev Mərkəzində
06 aprel, 2015 16:33

 

Müasir qloballaşan incəsənətin rəmzi sayılan Yayoi Kusama Kioto İncəsənət Məktəbində təhsil aldıqdan sonra abstrakt incəsənət janrında fəaliyyət göstərib və 1957-ci ildən yaradıcılığına Nyu-Yorkda davam edib. Xanım Kusama al-əlvan rəsmləri, heykəltəraşlıq nümunələri, “xallı” kollaj və installyasiyaları ilə tanınır. “Xal” Kusama markasının simvoluna çevrilib və rəssam bu seriyada geyimlər, aksesuarlar istehsal edib. O, ekstravaqant nümunələri ilə fərqlənən “Kusama Fashion” şirkətini yaradıb.

Həmçinin yazıçı-şairə olan Yayoi Kusama sürrealist və fantastik əsərlər müəllifidir. О, kino sahəsində də çalışıb.

Yayoi Kusama 1973-cü ildə yenidən Yaponiyaya qayıdıb.

Rəssamın “Abstraksiya N2” (1959-cu il) əsəri Kristis (Christie’s) hərracında 5 794 500 ABŞ dollarına satılıb və bununla da o, müasir incəsənətin ən bahalı rəssamı kimi tanınıb.

Kusama bu günədək 50 mindən çox əsər yaradıb. 2014-cü ilin statistik nəticələrinə görə, 86 yaşlı Yayoi Kusama dünyada sərgiləri daha çox izlənilən rəssamdır. Onun rəsmləri, heykəl və installyasiyaları təkcə Cənubi və Mərkəzi Amerikada 2 milyondan çox ziyarətçinin marağına səbəb olub.

Dünyanın bir sıra ölkələrində sərgiləri təşkil olunan Yayoi Kusama 1993, 1998 və 1999-cu illərdə Venesiya Biennalesində Yaponiyanı təmsil edib.

Aprelin 4-dən Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş etdirilən “Sabahın çiçəkləyən gülləri” (Flowers that Blossom Tomorrow) Azərbaycanda ilk dəfə təqdim olunur. Mərkəzə gələn ziyarətçilər rəssamın bu məşhur əsəri ilə tanış ola bilərlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.