Azər Badamov: “Bütün reklamlar sırf Azərbaycan dilində yayımlansın"
06 aprel, 2015 16:01
Bunu Milli Məclisin (MM) deputatı Azər Badamov dilə gətirib.
Onun dediyinə görə, düzgün yayımlanan reklamlar həm xalqın maariflənməsinə, həm də reklam verənlərin düzgün iş fəaliyyətlərinin qurulmasına və mənfəət əldə edilməsinə xidmət edəcək.
“Mən özüm birinci oxunuş zamanı sosial reklamların yayım vaxtı ilə əlaqədar təklifimi vermişdim və təşəkkür edirəm ki, təklifim nəzərə alınaraq qanun layihəsinin 10-cu maddəsinin 5-ci bəndində mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı reklam üçün ayrılan efir vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı səkkiz faizi bunu Milli Məclisin (MM) deputatı Azər Badamov dilə gətirib.
Onun dediyinə görə, düzgün yayımlanan reklamlar həm xalqın maariflənməsinə, həm də reklam verənlərin düzgün iş fəaliyyətlərinin qurulmasına və mənfəət əldə edilməsinə xidmət edəcək.
“Mən özüm birinci oxunuş zamanı sosial reklamların yayım vaxtı ilə əlaqədar təklifimi vermişdim və təşəkkür edirəm ki, təklifim nəzərə alınaraq qanun layihəsinin 10-cu maddəsinin 5-ci bəndində mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı reklam üçün ayrılan efir vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı səkkiz faizinin sosial reklam üçün ayırmağa borclu olduğu və konkret şəkildə sosial reklamların yayım vaxtı saat 9.00-dan 24.00-a qədər müəyyənləşdirilib”, - deyən millət vəkilinin sözlərinə görə, bu, düzgün addımdır, çünki saat 24.00-dan sonra sosial reklamın verilməsinin heç bir əhəmiyyəti yoxdur.
O qeyd edib ki, sosial reklamlar cəmiyyətin maarifləndirilməsinə xidmət edir: “Ona görə də təklif edirəm ki, sosial reklamların yayılması mülkiyyət formasından asılı olmayaraq bütün KİV-lərdə ödənişsiz yayımlansın. Həmçinin, qanun layihəsinin 23.1-ci maddəsində göstərilib ki, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Bu baxımdan, müqavilə sözünün qabağına yazılı müqavilə əlavə etməyi daha məqsədəuyğun hesab edirəm. Çünki mobil operatorlar abunəçilərə müxtəlif mesajlar göndərir və abunəçi mesajın mahiyyətini başa düşmədən “ok” nöqtəsinə basır. Nəticədə abunəçinin xəbəri olmadan razılaşma kimi qeyd olunur və külli miqdarda vəsaitlərin abunəçilərin hesabına borc yazılmasına gətirib çıxarır.
Araşdırma aparılanda müəyyən olunur ki, abunəçi qeyri-ixtiyarı müqaviləni imzalayıb. Düşünürəm ki, belə hallar yolverilməzdir və operatorların abonentlərə xidmətləri ancaq aralarında bağlanmış yazılı müqavilələrdən sonra göstərilməlidir. Qanun layihəsinin 27-ci maddəsində alkoqollu içkilərin reklamının tənzimlənməsi üçün qadağalar müəyyən olunur.
Düşünürəm ki, ümumiyyətlə, alkoqollu içki və tütün məmulatları insan səhhətinə zərərli olduğuna görə hər bir halda belə məhsulların reklamına qadağa qoyulmalıdır. Yəni, qanun layihəsinin 28-ci maddəsində olduğu kimi, 27-ci maddəsində də qısa olaraq “alkoqollu içkilərin reklamı qadağandır” yazılmalıdır. Həm də qeyd etmək istəyirəm ki, əcnəbi dillərdə olan reklamlar Azərbaycan dili haqqında qanunun bilavasitə şəkildə pozulması deməkdir. Təklif edirəm ki, bütün reklamlar sırf Azərbaycan dilində yayımlansın. Çünki bu dil haqqında qanunun tələbidir”.nin sosial reklam üçün ayırmağa borclu olduğu və konkret şəkildə sosial reklamların yayım vaxtı saat 9.00-dan 24.00-a qədər müəyyənləşdirilib”, - deyən millət vəkilinin sözlərinə görə, bu, düzgün addımdır, çünki saat 24.00-dan sonra sosial reklamın verilməsinin heç bir əhəmiyyəti yoxdur.
O qeyd edib ki, sosial reklamlar cəmiyyətin maarifləndirilməsinə xidmət edir: “Ona görə də təklif edirəm ki, sosial reklamların yayılması mülkiyyət formasından asılı olmayaraq bütün KİV-lərdə ödənişsiz yayımlansın. Həmçinin, qanun layihəsinin 23.1-ci maddəsində göstərilib ki, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Bu baxımdan, müqavilə sözünün qabağına yazılı müqavilə əlavə etməyi daha məqsədəuyğun hesab edirəm. Çünki mobil operatorlar abunəçilərə müxtəlif mesajlar göndərir və abunəçi mesajın mahiyyətini başa düşmədən “ok” nöqtəsinə basır. Nəticədə abunəçinin xəbəri olmadan razılaşma kimi qeyd olunur və külli miqdarda vəsaitlərin abunəçilərin hesabına borc yazılmasına gətirib çıxarır.
Araşdırma aparılanda müəyyən olunur ki, abunəçi qeyri-ixtiyarı müqaviləni imzalayıb. Düşünürəm ki, belə hallar yolverilməzdir və operatorların abonentlərə xidmətləri ancaq aralarında bağlanmış yazılı müqavilələrdən sonra göstərilməlidir. Qanun layihəsinin 27-ci maddəsində alkoqollu içkilərin reklamının tənzimlənməsi üçün qadağalar müəyyən olunur.
Düşünürəm ki, ümumiyyətlə, alkoqollu içki və tütün məmulatları insan səhhətinə zərərli olduğuna görə hər bir halda belə məhsulların reklamına qadağa qoyulmalıdır. Yəni, qanun layihəsinin 28-ci maddəsində olduğu kimi, 27-ci maddəsində də qısa olaraq “alkoqollu içkilərin reklamı qadağandır” yazılmalıdır. Həm də qeyd etmək istəyirəm ki, əcnəbi dillərdə olan reklamlar Azərbaycan dili haqqında qanunun bilavasitə şəkildə pozulması deməkdir. Təklif edirəm ki, bütün reklamlar sırf Azərbaycan dilində yayımlansın. Çünki bu dil haqqında qanunun tələbidir”.