"Fənərbaxça"nın avtobusuna silahlı basqın edilib
03 aprel, 2015 18:38
"sarı-lacivərdli" komandanı daşıyan avtobus stadiondan ayrıldıqdan az sonra silahlı basqına məruz qalıb.
Nəticədə avtobusun sürücüsü ağır yaralanıb və yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hələlik hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil.
Qeyd edək ki, "Rizə" - "Fənərbaxça" oyunu qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.