Xəbərlər

Azərbaycanda 3-cü teatr festivalının mükafatçıları açıqlandı
03 aprel, 2015 18:30

 

millət vəkili Jalə Əliyevanın rəhbərliyi ilə keçirilən, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “ASSİTEJ – Azərbaycan”ın dəstək verdiyi Gənclərin III Ümumrespublika Teatr Festivalı başa çatıb.

6 ay davam edən marafonun finalı aprelin 2-də Azərbaycan Dövlət  Gənc  Tamaşaçılar teatrında baş tutub. Teatr festivalı bəşəriyyət üçün böyük faciəyə çevrilən, canlar alan narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizəyə həsr olunduğundan, sloqan da NARKOSTOP seçilmişdi.

Festival çərçivəsində Bakını və 4 regionumuzu (Naxçıvan MR, Ucar, İmişli, Şamaxı) təmsil edən 12 tamaşa hazırlanıb.

Rəmail  Bayramlı – “Səfil”

Qorqud  Cəfər - “Ruhun  qəfəsi”

Fidan  Məmmədova - “Yuxu”

Ayla  Qasımzadə - “Görünməz  adam”

Elçin Aslangil (Ucar) - “Gözləri  yummaq”

Əbdül  Məcidli (Şamaxı) - “Narkostop  etüd”

Cavad  Nuriyev – “Yaşamaq  yanğısı”

Elnur  Rzayev (Naxçıvan) – “Boz”

Zəhra Bəhram - Osmanova – “Cənnətə  enən  pilləkən”

Gülnarə  Əhmədli - “Həyatımı  qaraldan  ağ”

Zaur  Əliyev - “Özgə sənət”

Tural  Ələkbərov (İmişli) - “Şou  şeytan”

Festivalın münsifləri olan əməkdar artist Sənubər İsgəndərli, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, əməkdar artist Hüsniyyə Mürvətova, xalq artisti Ramiz Novruz, əməkdar artist Nicat Kazımovun qərarı ilə Festivalın mükafatçıları açıqlanıb.

Qran–Pri mükafatına Gülnarə Əhmədli  “Həyatımı qaraldan ağ” tamaşası ilə layiq görülüb.

İkinci yeri Qorqud Cəfər  özünün “Ruhun qəfəsi” tamaşası ilə qazanıb. Üçüncü yerə  isə Ucar truppası  - ötənilki festivalın qalibi Elçin Aslangil “Gözlərini yummaq” tamaşası ilə layiq görülüb.

Festivalın “Ən yaxşı  akytor” nominasiyasının qalibi Qorqud Cəfər, “Ən yaxşı aktrisası” isə Naxçıvan  Dövlət  Universitetinin Tələbə-gənclər  studiyasını təmsil edən  Nurbəniz Niftəliyeva oldu. Həvəsləndirici mükafatı festivalın ən gənc rejissoru  - 15 yaşlı Ayla Qasımzadə “Görünməz adam” tamaşası ilə qazanıb. “Ən yaxşı ssenari” nominasiyası üzrə “Nurəngiz Gün adına Ədəbi Mükafatın ”  sahibi Elçin Aslangil olub.

Daha sonra festivalın icraçı direktoru Sənan Əlləz yaradıcı gənclər adından ölkə başçısına müraciət səsləndirərək, yaxında “Bura Vətəndir” adlı Avropa Gənclərinin I Beynəlxalq Teatr Festivalına start verilməsi arzusunda olduqlarını bildirib.

Sonda reper Dassen Ayazın xüsusi olaraq festival üçün yazdığı “Narkostop” mahnısı səsləndirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.