SOCAR-ın prezidenti: TANAP-ın tikintisi plana uyğun davam etdirilir
03 aprel, 2015 18:04
AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində məlumat verib. R.Abdullayev bildirib ki, Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar “Cənub” qaz dəhlizinin fəaliyyətini təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən yaradılmış Dövlət Komissiyasının üzvləri ilə birgə biz bu həftə Ankarada TANAP-ın tikintisinin həyata keçirilməsilə bağlı görülən işlərin gedişi ilə də tanış olduq. Layihə hazırda uğurla həyata keçirilir.