Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunan tamaşa nümayiş etdiriləcək
29 mart, 2015 11:27
Teatrdan Gün.Az-a verilən məlumata əsasən, aprelin 5-də Ə.Bədəlbəylinin “Qız qalası” baleti təqdim olunacaq.
Qeyd edək ki, 1940-cı il aprelin 16-da ilk dəfə nümayiş olunan “Qız qalası” Azərbaycan milli baletinin ilk nümunəsidir. Qəmər Almaszadə tamaşanın quruluşçu baletmeysteri olub. O, həmçinin uzun illər tamaşada Gülyanaq partiyasını ifa edib.
Aprelin 5-də keçiriləcək tamaşada əsas rollarda xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Tamilla Məmmədzadə (Gülyanaq) və aparıcı solist Anar Mikayılov (Cahangir xan) çıxış edəcəklər.
Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı