Yaponiyanın baş naziri də Moskvaya getməyəcək
29 mart, 2015 11:24
RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi “Sankey” nəşrinə bildirib.
Qəzetin məlumatına görə, rəsmi qərar aprel ayının ortalarında Rusiya tərəfinə təqdim ediləcək. Bu qərara səbəb Yaponiyanın öz ərazisi hesab etdiyi Cənubi Kuril adaları ilə bağlı məsələdə irəliləyişin olmamasıdır.
Qeyd edək ki, on il əvvəl ABŞ, Almaniya, Yaponiya və digər ölkələrin liderləri qələbənin 60-cı ildönümü bayram tədbirlərində iştirak ediblər. Bu il isə Avropa ölkələrinin əksəriyyəti bayram tədbirlərində iştirakdan imtina ediblər. Əsasən Asiya ölkələrinin liderləri və İsrail prezidenti də daxil olmaqla 22 dövlət isə iştirakını təsdiqləyib