Türkiyədə G20 ölkələrinin kənd təsərrüfatı nazirlərinin iclasına hazırlıq müzakirə olunub
29 mart, 2015 11:21
Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə və Nazirlik Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Zaur Əliyevdən ibarət nümayəndə heyəti iştirak edib.
İclasda dayanıqlı ərzaq sistemlərə nail olmaq istiqamətində G20 ölkələrinin əsas prioritetlərini ehtiva edən kommünikenin ilkin layihəsi müzakirə olunub, sənəd layihəsinin məzmunu ətrafında fikir mübadiləsi aparılaraq müvafiq təkliflər səsləndirilib. Tədbirdə nazirlərin görüşünə qədər sənəd layihəsinin təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsi qərara alınıb.