Xəbərlər

Mehriban Əliyevanın Rusiya Prezidentinin köməkçisi, Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüşü olub
13 mart, 2015 23:26

Gün.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, görüşdə bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib.

Qonaq Azərbaycanın belə bir möhtəşəm tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini bildirib. Rusiya idmançılarının birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını qeyd edən İqor Levitin ölkəsinin bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci Avropa Oyunlarına hazırlıq istiqamətində qısa müddət ərzində böyük işlər görüldüyünü, paytaxtımızın belə möhtəşəm idman bayramına ev sahibliyi etməsindən məmnunluğunu bildirib.

Son illər Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən, idmançılarımızın Avropa və dünya çempionatlarında qazandıqları nailiyyətlərdən söz açan Mehriban Əliyeva qarşıdakı birinci Avropa Oyunlarında iştirak edəcək hər bir kəsə uğurlar arzulayıb.

Bu ərəfədə Avropanın bir sıra şəhərlərində “Bakı-2015”in təqdimatlarının keçirildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti hamının Bakıda təşkil olunacaq yarışlardan böyük zövq alacağına əminliyini ifadə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.