Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparıb
10 mart, 2015 22:55
Aksiyada olan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.
Gün.Az xəbər verir ki, qurumun (012) 441-35-30 nömrəli “qaynar xətt”inə də heç bir müraciət daxil olmayıb.
Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin heç də hamısının üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmadığını qeydə alıb və bununla bağlı müvafiq tövsiyələrini veriblər.