Xəbərlər

İsmayıllıda velosiped zavodu, mal-qara kompleksi, elektrik stansiyası və bir neçə zavod tikiləcək
11 mart, 2015 22:44

Bu sözləri “İrəli” İctimai Birliyinin İsmayıllıda keçirdiyi “Gənc Əkinçi” layihəsi çərçivəsində jurnalistlərlə görüşən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov söyləyib.

O qeyd edib ki, İsmayıllıda bu il bir neçə zavod, istehsal müəssisələri açılacaq və əhalinin bir hissəsi bu iş yerlərində çalışacaq.

İcra başçısının sözlərinə görə, Azərbaycanda analoqu olmayan ilk velosiped zavodu İsmayıllıda tikilir:

“Biz bu zavodu dünya velosiped istehsalında böyük yeri olan Bolqarıstanla bir yerdə tikirik. Artıq avqust ayında zavodun istifadəyə verilməsi planlaşdırılır. Bunun da 51 faizi Azərbaycanın, 49 faizi bolqarların payına düşür. İsmayıllı rayonundan 20-25 nəfər Bolqarıstana səfər edib onların təcrübələrini öyrənəcəklər. Azərbaycanda istehsal ediləcək velosipedlər həm keyfiyyəti, həm də qiymət münasibliyi ilə də sərfəli olacaq”, - deyə M.Sadıqov vurğulayıb.

M.Sadıqov deyib ki, İsmayıllıda kənd təsərrüfatı sahəsində bir sıra texnoloji yeniliklərdən istifadə edilir:

“Artıq dünya elektron ticarətə keçib. Azərbaycan bölgələrində ilk dəfə olaraq “Yaşıl Market” İsmayıllıda tikilir. Azərbaycanın istənilən yerində olan bir şəxs bizim “Yaşıl Maket”in saytına daxil olub, kənd təsərrüfatı məhsullarını elektron şəkildə sifariş edə bilər. Biz həmin məhsulu ucuz və keyfiyyətli şəkildə həmin ünvana göndərəcəyik. Bu marketlərin özlərinin xüsusi maşınları olacaq. Bu da öz növbəsində məhsulun istənilən ünvana çatdırılmasını mümkün edəcək”.

Rayonda tikiləcək digər zavodlar haqqında da məlumat verən icra başçısı deyib ki, hazırda yarımkeçiricilər və məişət xidməti cihazları istehsal edən zavodun tikintisi davam edir:

“Bu Yaponiya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məlumat üçün bildirim ki, İsmayıllı Yaponiyanın İto şəhəri ilə qardaşlaşıb. Bu əməkdaşlıq çərçivəsində daha bir neçə layihənin keçirilməsi nəzərdə tutulur. Bunlardan biri də ağac əkilməsi sahəsində olacaq. Yaponiya Bakının Suraxanı, Yasamal və Sabunçu rayonlarında yapon bağı salacaqlar. Həmin bağın ağaclarını tinglərini isə İsmayıllıda yetişdirib aparacaqlar.

Hazırda həm İsmayıllı, həm də Azərbaycanın digər rayonları üçün Yaponiyada çox əlverişli iqtisadi bazar var. Sahibkarlar bunu dəyərləndirə bilərlər. Məsələn, şabalıd qurusu, narşərab və digər kənd təsərrüfatı məhsulları Yaponiyada böyük alıcılıq qüvvəsinə malikdir. Azərbaycan dövləti bu kimi fəaliyyətlə məşğul olmaq üçün hər bir şərait yaradıb, yetər ki, hər kəs qanun çərçivəsində iş görsün”.

Mirdamət Sadıqov sözlərinə əlavə edib ki, İsmayıllıda hazırda böyük mal-qara kompleksi də tikilir və istehsal müəssisəsində 1500 mal-qara saxlanılacaq ki, bu da regionda ən böyük təsərrüfat obyeklərindən biri olacaq. Onun sözlərinə görə, kompleksdə dondurma, pendir, ət, yağ süd emalı müəssisələri də fəaliyyət göstərəcək.

İsmayıllıda 1000 tonluq hinduşka əti istehsal edilən fabrikin də tikildiyini bildirən icra başçısı vurğulayıb ki, artıq fabrikin bünövrəsi qoyulub və yaxın zamanlarda hazır olması nəzərdə tutulur:

“Bu istehsalla biz Bakının Qala qəsəbəsində olan ət zavodunu hinduşka ilə təmin edə biləcəyik. Artıq Azərbaycana başqa ölkələrdən hinduşka əti gətirmək ehtiyac olmayacaq".

Rayonun enerji ilə təmin edilməsi barədə də məlumat verən Mirdamət Sadıqov söyləyib ki, İsmayıllı özünü elektrik enerjisi ilə təmin edən rayonlardan biridir. İcra başçısı deyib ki, 2 il öncə “İsmayıllı 1” adlı elektrik stansiya istifadəyə verilib və bu ilin avqust ayında isə “İsmayıllı 2” istifadəyə veriləcək.

İsmayıllının Azərbaycanın dünyada tanıtdırdığı mədəniyyət nümunələri barədə də məlumat verən Mirdamət Sadıqov deyib ki, Basqal kəlağayısı bir çox uğurlara imza atıb:

“1862-ci ildə Londonda Basqal kəlağayısı gümüş medal alıb. 2014-ci ilin dekabrında isə YUNESKO Basqal kəlağayısını milli-mənəvi dəyərlər siyahısına daxil edib. Gələcəkdə Basqal kəlağayısının kütləvi istehsalı nəzərdə tutulub”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.