Azərbaycanda iqtisadi artım 4,2 faiz olub
10 mart, 2015 22:43
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM-in 66,6 faizi iqtisadiyyatın qeyri-neft-qaz sahələrində istehsal olunub və əvvəlki ilin eyni dövrü ilə müqayidədə 5,1 faiz artımdır.
Bu dövrdə ÜDM-in 36,3 faizi sənayedə, 12,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 10,4 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,4 faizi informasiya və rabitə xidmətlərində, 14,9 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunub.
Məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil edib.