İspaniya La Liqasında “Atletik” "Real"ı məğlub edib
02 mart, 2015 18:26
Hesabda geri düşən meydan sahiblər əzmkar qələbə qazanıb – 2:1.
Lider “Real” səfərdə Kral kubokunun finalçısı “Atletik”in qonağı olub. Matçın 26-cı dəqiqəsində Arits Adurisin vurduğu yeganə qol Bilbao təmsilçisinə 3 xal qazandırıb.
“Kral klubu”nun məğlubiyyəti isə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Barselona” üçün əla şan olub. Kataloniyalılar “Nou Kamp”da orta sıralarda yer alan “Rayo Valyekano”nu sınağa çəkəcək. Luis Enrikenin yetirmələri qələbə qazanarsa, zirvəni ələ keçirəcək.
Turun mərkəzi oyunu “Atletiko” ilə “Valensiya” arasında baş tutacaq.
Yekun matçında isə autsayder “Kordoba” doğma divarlar arasında “Xetafe” ilə üz-üzə gələcək.