Konsert 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunub. Bakıda dəfələrlə konsert proqramı ilə çıxış edən Oya xanımı növbəti çıxışı zamanı azərbaycanlı orkestr müşayiət edib.
Konsertində o, Rəşid Behbudovun repertuarından “Gecələr”, “Ayrılıq”, “Nazəndə sevgilim”, “Reyhan”, “Lalələr” və digər türk, Avropa operalarına yer ayırmışdı.
Konsertdə, həmçinin Oya Ergünün Rəşid Behbudovun repertuarından oxuduğu “Sevgilim” mahnısına çəkdirdiyi klipi nümayiş olunub.
Gecədə opera ifaçısı Ülvi Qılınc da səhnəyə çıxıb. Sənət dostuna dəstək verib. Onlar birgə “Səni arzularam” mahnısını oxuyublar.
Qeyd edək ki, Lətafət Ələkbərovanın aparıcılığı ilə keçən konsert proqramında Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, sənət dostları Bəyimxanım Vəliyeva, Rəşad İlyasov, şair, filologiya üzrə elmlər doktoru Sona Vəliyeva və digər ictimai xadimlər iştirak ediblər.