FHN Göygöldəki ağır yol qəzası ilə bağlı məlumat yayıb
02 mart, 2015 16:12
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Göygöl rayonu ərazisində “VAZ” və “Toyota” markalı iki minik avtomobili toqquşub. Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı avtomobilin sürücüsü aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.