Xəbərlər

Azərbaycanda elmi işçilərin yarıdan çoxu qadındır
03 mart, 2015 16:11

Dövlət Statistika Komitəsindən Trend-ə bildiriblər ki, ümumi təhsil müəssisələrində müəllimlərin 76,6 faizi, orta ixtisas təhsil müəssisələrində 75,1 faizi, ali təhsil müəssisələrində 48,8 faizi, həkimlərin isə 64,9 faizi qadınlardır.

Ümumi təhsil müəssisələrində şagirdlərin 45,8 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,5 faizi qızlardır.

Məlumata görə, elmin inkişafında da qadınların müstəsna rolu vardır. Doktorantların 50,0 faizini, bütün elmi işçilərin isə 53,2 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,9 dəfə, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 1,7 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,7 faiz, sahibkarlar arasında isə 19,0 faizdir.

Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,2 faizi qadınlardır.

Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 15,6 faizə çatmışdır.

Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0 faiz olmuşdur. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil etmişdir.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2014-cü ildə 10278 nəfərə çatmışdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.