Xəbərlər

Bakı və Abşeron yarımadasının torpaq sürüşməsi təhlükəsi olan ərazilərinin xəritəsi təsdiqlənib
04 mart, 2015 16:11

APA-ya istinadən xəbər verir ki, qərara əsasən, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhərində və Abşeron yarımadasının digər ərazilərində aparılan tədqiqatlar nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilib.

Bu xəritələrdə göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə tikinti işlərinin aparılmasına icazə verən yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına uyğun mühəndisi tədbirlər nəzərdə tutulmaqla hazırlanmış layihələrin Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını təmin etsin.

Fövqəladə Hallar Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, bu xəritələrdə göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, aparılan tikinti işlərinin və tikintiyə icazələrin verilməsinin dayandırılmasını təmin etsinlər və bu tapşırığın icrası ilə əlaqədar ildə 2 dəfə Nazirlər Kabinetinə məlumat versinlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb ki, bu ərazilərdə tikinti norma və qaydalarının təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə yeni normativ sənəd hazırlayıb Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar təşkilatlarla razılaşdırmaqla qəbul edilməsini təmin etsin.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, hazırlanan və mövcud ərazi planlaşdırılması sənədlərində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, tikinti aparılması məhdudlaşdırılan ərazilər kimi müəyyən  edilməsini aidiyyəti üzrə təmin etsinlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi isə 2015-ci ilin sonunadək Abşeron yarımadasında və Azərbaycan Respublikasının digər ərazilərində aparılan tədqiqatları davam etdirərək, torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlayıb təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.